AZ

Premyer Liqa: “Sabah” 1 qolla qalib gəldi

Azərbaycan Premyer Liqasının XX turunda lider “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib.

Msport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən turun son oyununda qonaqlar 1:0 hesablı qələbə qazanıblar.

“Bayquşlar”ın heyətində 54-cü dəqiqədə Xəyal Əliyev fərqlənib. Bakı klubu 49 xalla turnir cədvəlinin vahid lideridir. 14 xalı olan “Qəbələ” isə 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Qarabağ” “İmişli”ni, “Zirə” “Karvan-Yevlax”ı, “Araz-Naxçıvan” “Sumqayıt”ı 1:0, “Neftçi” “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib. “Şamaxı” – “Turan Tovuz” matçında isə qapılara qol vurulmayıb.

Seçilən
63
9
msport.az

10Mənbələr