
Cenevrədə səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) direktoru Rafael Qrossi arasında görüş baş tutub.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin "X"dəki hesabında məlumat yayılıb.
Görüşdə İran-AEBA əməkdaşlığı müzakirə olunub. Bununla yanaşı, Abbas Əraqçi ABŞ ilə nüvə danışıqlarında İranın mövqeyi barədə Rafael Qrossini məlumatlandırıb.