AZ

Zaxarovanın çıxışı gündəm oldu

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Çin xalqına qarşıdan gələn Bahar Bayramı münasibətilə videomüraciət ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, diplomatın təbrik mesajını Çin dilində səsləndirməsi maraqla qarşılanıb və təəccüb doğurub.

O, Çin vətəndaşlarına yeni ildə “enerji ilə dolu” olmağı, hər sahədə birinci olmağı və tezliklə uğurlar qazanmağı arzulayıb.

Zaxarovanın bu çıxışı sosial şəbəkələrdə yayılıb və izləyiclər tərəfindən müxtəlif şərhlər verilib.

Qeyd edək ki, Çin Yeni ili Yaz Festivalı və ya Ay Yeni ili kimi tanınan bayram — ənənəvi olaraq ay təqviminə əsasən qeyd olunur və bu il 17 fevral – 3 mart tarixlərini əhatə edir. Bayram günlərində Çində və dünyanın müxtəlif ölkələrində genişmiqyaslı şənliklər, ailə görüşləri, atəşfəşanlıq və ənənəvi mərasimlər keçirilir.

Tahir Turan 

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
91
globalinfo.az

1Mənbələr