AZ

Qazaxıstanda yaşayış binasında baş verən yanğın zamanı 35 nəfər təxliyə edilib

Astana, 16 fevral, AZƏRTAC

Qazaxıstanın Petropavlovsk şəhərində xilasedicilər yanan binadan yeddi uşaq da daxil olmaqla 35 nəfəri təxliyə ediblər.

AZƏRTAC bu ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın beşmərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə baş verib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tez bir zamanda hadisə yerinə çatıb və sakinlərin təxliyəsini təşkil ediblər. Xilasedicilərin əlaqələndirilmiş hərəkətləri sayəsində daha ciddi nəticələrin qarşısı alınıb və bütün sakinlərin təhlükəsizliyi təmin edilib.

 
Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
125
1
azertag.az

2Mənbələr