AZ

Çixradze: “Sayılmayan qol qaydalar çərçivəsində vurulmuşdu” – ARENA.AZ

“Qəbələ”nin məşqçisi Georgi Çixradze Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş oyunu meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Çixradze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah”la biz fərqli məqsədlər uğrunda mübarizə aparan komandalarıq. Onlar çempionluq uğrunda, biz isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparırıq. Oyunu iki fərqli hissəyə bölərdim. İlk yarıda bir az passiv oynadıq. İkinci hissədə daha yaxşı oyun nümayiş etdirdik. İkinci yarının əvvəlində adi vəziyyətdə qol buraxdıq. Qol buraxılmamalı epizod idi. Hesabda geriyə düşəndən sonra daha aqressiv oynamağa başladıq. Matçın sonlarında qol vurduq. Mübahisəli epizoddur. Bizim fikrimizcə, qol təmiz idi. Kimlərsə də baxıb, dəyərləndirə bilər. Fikrimcə, qol qaydalar çərçivəsində vurulmuşdu.

Turan Manafov yeni gəlib, hələ ideal formada deyil. Yavaş-yavaş formaya düşməyə başlayır. Sağ cinahda Nicat və Eşqin var. Bəzən biri, bəzən digəri oynayır. Arada Nuğayı da o mövqedə oynadırıq. Həmin cinahdakı resurslarımızdan maksimum istifadə etməyə çalışırıq”.

Çixradze Rüfət Əhmədova şans verilməməsinə də aydınlıq gətirib:

“Onu transfer edəndə düşünürdük ki, cinahda bizə kömək edəcək. Rüfət əvvəllər burada oynayıb, onu tanıyırdıq. Əvəzedici heyətlə məşq edirdi. Ona dedik ki, təklif varsa, gedə bilər. Situasiya elə alındı ki, komandada qaldı”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
17
7
arena.az

10Mənbələr