ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Uzun müddətdir ki, Sumqayıt şəhərində bəzi küçələrdə yol nişanları və yerdəki xətlərlə bağlı problemlərin yaşandığını bildiririk. Bu gün artıq şəhərin bəzi küçələrində xətləmə işləri görülür və nişanlar quraşdırılır.
Avtosfer.az bir müddət əvvəl vətəndaşların şikayəti əsasında şəhərin Cəlil Məmmədquluzadə küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində problemin yaranması ilə bağlı xəbər dərc etmişdi. Həmin ərazidə işıqfora yalnız sağa dönənlər üçün əlafə skesiya quraşdırılmışdı. Bu seksiya üzrə hərəkət edənlərə həmişə yaşıl işıq yanır. Lakin yerdə yalnız sağa dönənlər üçün xətlər çəkilmədiyinə görə düzünə hərəkət edənlər də sağ zolaqda qırmızı işıqda gözləməli olurdu. Bu da sağa hərəkət edənləri ləngidirdi.
Artıq bir neçə gündür ki, məhz həmin hissədə yerdə xətləmə işlr görülüb. Belə ki, Səməd Vurğun küçəsinin bulvar ərazisindən Şəhidlər Xiyabanına hərəkət etmək istəyənlər üçün ayrılan zolaqda “yalnız sağa” işarəsi çəkilib. Bununla da avtomobillərin axınına maneə yaradan problemlərdən biri aradan qalxıb.
Səfər
Oxunub 18
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.