Gürcüstanda son illərdə avtomobillərin sayı kəskin artıb. 2012-ci ildə ölkədə 864 min nəqliyyat vasitəsi qeydiyyatda idisə, ötən il bu rəqəm 2 milyonu keçib. Hökumət hesab edir ki, bu artım həm tıxaclara, həm də ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Məhz buna görə də, hökümət 6 ildən köhnə avtomobillərin Gürcüstana idxalına məhdudiyət qoymağa hazırlaşır.
Xezerxeber.az-ın xəbərinə görə, avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov bildirir ki, əgər Gürcüstanda daxili qeydiyyat məhdudlaşarsa, gürcüstanlı iri avtomobil alıcıları alış prosesində ehtiyatlı davranacaq. Bu isə xüsusilə 6-10 il arası avtomobillərdə qısamüddətli təklifin azalmasına səbəb ola bilər.
Ekspert deyir ki, Gürcüstan 2025-ci ildə ölkəyə 3 milyard 870 milyon dollar dəyərində avtomobil idxal edib. Eyni il həmçinin bu ölkədən 2 milyard 800 milyon dollar dəyərində avtomobil yenidən ixrac olunub. Həmçinin ötən ilin sonundan yenidən ixrac edilən nəqliyyat vasitələrinin Gürcüstanda bahalaşması da qiymətlərin müəyyən qədər artımına gətirib çıxarıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.