Paytaxtda növbəti dəfə estetik prosedur zamanı qadının həyatını itirməsi ilə bağlı iddialar bu gün sosial medianın gündəmini zəbt edib.
Xezerxeber.az xəbər verir ki, iddiaya görə, hadisə fevralın 10-da Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində fəaliyyət göstərən "Medi Hall" tibb müəssisəsində baş verib. Yayılan məlumata görə bədənşəkilləndirmə əməliyyatına girən 41 yaşlı Nigar İsmayılovanın səhhəti prosedurdan sonra kəskin şəkildə pisləşib. Həkimlərin səylərinə baxmayaraq, pasiyent fevralın 13-də dünyasını dəyişib.
Əməliyyatın "Medi Hall" hospitalının baş həkimi Nigar Məhəmmədova tərəfindən icra olunduğu iddia olunsada o, faktı təkzib etdi.
Müəssisənin direktoru Zülfü Əliyev “Xəzər Xəbər”ə açıqlamasında 1983-cü il təvəllüdlü mərhum Nigar İsmayılovanın əməliyyatının uğurla icra olunduğunu bildirib. O, deyib ki, öüm halı mərhum evə buraxıldıqdan üç gün sonra baş verib.
Mərhum Nigar İsmayılovanın qardaşı İqamət Quliyevlə telefon əlaqəsi saxladıq. O,bildirdi ki,bacısı 3 gün bundan əvvəl doğulduğu Masallı rayonunda dəfn olunub. Onun 22 və 15 yaşlı iki övladı olub.
Ölüm faktı ilə əlaqədar Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, "Medi Hall" hospitalında yaşananlar nəzarətə götürülüb və səlahiyyətlər çərçivəsində bütün məsələlər ciddi şəkildə araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.