AZ

Rusiyadan azərbaycanlılara şok qadağa

Rusiyanın Rostov vilayətindəki miqrantlara 2026-cı il aprelin 1-dən dekabrın 31-dək kuryer fəaliyyəti, eləcə də qida, içki və tütün məhsullarının topdan və ya pərakəndə satışı ilə məşğul olmaq qadağan ediləcək.

Publika.az Axar.az-a istinadən bildirir ki, vilayət qubernatorunun 11 fevralda verdiyi fərmana əsasən, onlara quru və boru kəməri nəqliyyatında, eləcə də poçt xidmətlərində iştirakına məhdudiyyət tətbiq ediləcək.

Martın 1-dən etibarən həmçinin miqrantlara qiymətli metalların satışı və fitnes mərkəzlərinin fəaliyyətində iştirak etmək də qadağan edilir.

Bildirilib ki, hazırda regionda 400 mindən çox fərdi sahibkar kuryer kimi çalışır. Onların arasında əcnəbilərin nisbəti Moskva və ya Sankt-Peterburqdakından daha aşağıdır.

Seçilən
84
13
publika.az

10Mənbələr