AZ

Araşdırma: Yatmazdan 3 saat əvvəl yemək yeməmək ürək sağlamlığını yaxşılaşdırır

Araşdırma: Yatmazdan 3 saat əvvəl yemək yeməmək ürək sağlamlığını yaxşılaşdırır

ABŞ-da aparılan araşdırmada müəyyən edilib ki, yuxudan əvvəlki son 3 saat ərzində yemək yeməmək ürək sağlamlığı və maddələr mübadiləsi üzərində müsbət təsirlər yarada bilər. Amerikanın "Northwestern Medicine" qurumu tərəfindən aparılan tədqiqatda sonuncu qida qəbulu vaxtının ürək və metabolizmə təsirləri araşdırılıb.

Araşdırma çərçivəsində artıq çəkili şəxslərdən ibarət birinci qrup yatmazdan ən azı üç saat əvvəl yemək yeməyi dayandırıb və bu şəxslər üçün 13-16 saatlıq gecə aclığı tətbiq edilib. İkinci qrupun isə gecə 11-13 saatlıq aclıq rejimini davam etdirdiyi araşdırmada bütün iştirakçılar, həmçinin yatmazdan 3 saat əvvəl işıqları azaldıblar (tutqunlaşdırıblar).

İştirakçıların kalori miqdarını deyil, yalnız yemək vaxtını dəyişdiyi araşdırmada sonuncu qida qəbulu saatını irəli çəkən qrupda gece boyu qan təzyiqinin və ürək döyüntüsü tezliyinin nəzərəçarpacaq dərəcədə düşdüyü, eləcə də qan şəkəri səviyyələrinin yaxşılaşdığı təsbit edilib.

Araşdırmada vurğulanıb ki, xüsusilə ürək xəstəliyi riski yüksək olan şəxslər üçün yemək saatını irəli çəkmək, pəhrizin tərkibini dəyişmədən tətbiq oluna biləcək praktik bir üsul ola bilər. Vücudun bioloji saatı kimi tanınan sirkadian ritmin metabolizm və ürək funksiyaları daxil olmaqla bir çox prosesi tənzimlədiyinə diqqət çəkilən araşdırmada metabolik sağlamlığın pozulmasının 2-ci tip diabet, qaraciyər piylənməsi və ürək xəstəliyi riskini artırdığına işarə edilib.

Tədqiqatın nəticələri "Arteriosclerosis, Thrombosis, and Vascular Biology" jurnalında dərc olunub.

Seçilən
100
afn.az

1Mənbələr