AZ

Prezidentlə baş nazir arasında gərginlik Kütləvi etirazlar başladı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Çexiyada Qərbyönlü prezident Petr Pavelə dəstək məqsədilə ölkənin 400-dən çox yaşayış məntəqəsində etiraz aksiyaları baş tutub.

Globalinfo.az xəbər verir ki, mitinqlər prezidentlə sağçı, avroskeptik mövqeyi ilə tanınan baş nazir Andrej Babis arasında kəskinləşən siyasi münaqişə fonunda təşkil olunub.

Ölkənin ikinci ən böyük şəhəri olan Brnodə keçirilən aksiyada 8–10 min nəfərin iştirak etdiyi bildirilir. Paytaxt Praqada təşkil olunan mitinqə isə təşkilatçıların hesablamasına görə təxminən 90 min nəfər qatılıb. Bu barədə Deutsche Welle məlumat yayıb.

Siyasi böhran prezidentin partiya sədri Filip Tureki ətraf mühit naziri vəzifəsinə yerləşdirməkdən imtina etməsindən sonra başlayıb. Petr Pavel qərarını Turekin daha əvvəl səsləndirdiyi bəzi fikirlərin demokratik dövlətin naziri statusu ilə uyğun gəlməməsi ilə əlaqələndirib.

Təyinatdan imtina qərarından sonra Babiş hökumətində xarici işlər naziri olan Petr Matsinka hədə ilə çıxış edib. Prezident isə həmin yazışmaların skrinşotlarını ictimailəşdirərək bunu təzyiq və şantaj cəhdi kimi qiymətləndirib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
globalinfo.az

1Mənbələr