AZ

Koxalski "Nyukasl"la Bakıdakı oyunda "Qarabağ"a kömək edə biləcəkmi? -AÇIQLAMA

Fevralın 18-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Nyukasl"ı qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qapıçı mövqeyi ilə bağlı problemlə üzləşib.

Əsas qapıçı Mateuş Koxalski zədəlidirsə, digər qolkiperin - daha öncə sıradan çıxan Şahruddin Məhəmmədəliyevin adı ÇL-in iştirak ərizəsindən çıxarılıb. Hazırda "köhlənlər" 3-cü "çərçivə" qoruyucusu Fabian Buntiçin ümidinə qalıb. Bəs görəsən Koxalskinin oyun gününədək sıraya dönmək ehtimalı varmı? Sualı Ağdam təmsilçisinin mətbuat xidmətinə ünvanladıq.

Klubdan Fanat.Az-a verilən məlumat belə oldu:

"O, həkim nəzarətindədir. Yalnız onu demək olar ki, həkimlər Koxalskinin "Nyukasl"la oyunda meydana çıxması üçün çalışırlar". 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Nyukasl" görüşü saat 21:45-də start götürəcək.

Nihat

Seçilən
45
1
fanat.az

2Mənbələr