AZ

"Münxen Təhlükəsizlik Konfransı çox önəmli platformalardan biridir" - Millət vəkili

"Cənab prezidentin Müxhen Təhlükəsizlik Konfransında iştirakı ənənəvi xarakter alıb. Biz davamlı olaraq cənab prezidentin bu konfransda iştirak etdiyinin şahidiyik. Eyni zamanda prezident burada çox mühüm mesajlar verir, Azərbaycanın mövqeyini çatdırır. Qarabağla, Ermənistanla bağlı çox mühüm mesajlar verir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin Münxen səfərini şərh edərkən bildirdi.

Onun sözlərinə görə, Münxen Təhlükəsizlik Konfransı dünyamızla bağlı davamlı olaraq müxtəlif müzakirələrin aparıldığı çox önəmli platformalardan biridir:

"Platformanın bu mənada olduqca böyük önəmi, əhəmiyyəti var. Əvvəl də cənab prezident bu platformada iştirak etmişdi, Azərbaycanın mövqeyini çatdırmışdı və o mənada biz bu məsələnin xüsusi əhəmiyyət daşıdığını qeyd etməliyik.

Bu, Azərbaycanın mövqeyinin dünya birliyinə çatdırılması istiqamətində, Azərbaycanın qarşısındakı hədəflər, əlaqələr, TRIPP layihəsi və digər məsələlərlə bağlı çox mühüm müzakirələrin aparıldığı bir platformadır. Keçirilən görüşlər çox xüsusi əhəmiyyətə malikdir. Həqiqətlərin, mövqeyin çatdırılması, qarşıda duran, dünyamızı narahat edən məsələlərlə bağlı prezidentin addımlarının, qərarlarının açıqlanması, dünya ictimaiyyətinə çatdırılması, mövqeyimizin möhkəmlənməsi baxımından olduqca vacib və önəmli məsələdir".

Aytəkin TOFİQQIZI

Seçilən
30
1
redaktor.az

2Mənbələr