Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Ermənistan və Azərbaycan ictimaiyyət nümayəndələrinin səfərləri qarşılıqlıdır”.
Bakupost.az Globalinfo-ya istinadla xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə fraksiyasının katibi Artur Ovannisyan deyib.
O qeyd edib ki, bu təşəbbüslər sülh mühitini gücləndirməyə yönəlib.
“Ermənistan və Azərbaycan cəmiyyətinin müxtəlif nümayəndələrinin görüşləri həm Ermənistanda, həm də Azərbaycanda müntəzəm keçiriləcək“, – Ovannisyan vurğulayıb.
Xatırladaq ki, 13 fevralda Ermənistanla Azərbaycan arasında Tavuş-Qazax sektorunda sərhəd demarkasiyasından bəri ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyətinin 19 nümayəndəsi quru yolu ilə Ermənistana gəlib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.