AZ

Vens İrəvanda və Bakıda: İki format, iki siqnal VİDEO

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ötən həftə ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Ermənistan və Azərbaycana rəsmi səfərləri regionun gündəmini zəbt etdi. Bu, Vaşinqtonun hər iki ölkə ilə münasibətlərinin səviyyəsi və məzmunundakı köklü fərqləri əyani şəkildə nümayiş etdirdi".

Oxu.Az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetində bildirilir.

Vens İrəvanda və Bakıda: İki format, iki siqnal - VİDEO

Bakıda Prezident İlham Əliyevlə aparılan yüksəksəviyyəli danışıqlar mühüm bir sənədin - hərbi-texniki əməkdaşlığı, energetika sahəsini, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafını və Zəngəzur dəhlizi vasitəsilə Tramp marşrutunun reallaşdırılmasını əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə yekunlaşdı. Bu razılaşmalar Azərbaycanın Avrasiya kommunikasiyaları və enerji arxitekturasındakı həlledici həlqə rolunu bir daha möhkəmləndirdi.

İrəvanda baş nazir Nikol Paşinyanla keçirilən görüş isə daha çox deklarativ xarakter daşıdı. ABŞ-nin çoxmilyardlıq investisiyaları barədə səslənən ilkin bəyanatlar, yekunda Ermənistan tərəfinin məhz Amerika məhsullarını almaq öhdəliklərinə çevrildi. Ermənistan rəhbərliyinin kommunikasiyalar üzərində nəzarət məsələsi də daxil olmaqla, ABŞ və Avropa İttifaqı arasında manevr etmək cəhdləri imkanlar baxımından olduqca məhdud görünür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
3
oxu.az

4Mənbələr