BAKI, 16 fevral. TELEQRAF
Məşhur "Tehran" serialında çalışan israilli prodüser Dana Edenin meyiti Afinada tapılıb.
Teleqraf xəbər verir ki, 52 yaşlı Edenin cəsədi serialın dördüncü mövsümünün çəkilişləri zamanı fevralın əvvəlindən qaldığı otel otağında aşkarlanıb.
İlkin polis məlumatlarında ölümün səbəbi intihar ehtimalı ilə əlaqələndiririlir.
İsrail polisi Edenin son zamanlar ciddi şəxsi çətinliklər yaşadığını və psixoloji məsləhətlər aldığını bildirib.
"Jerusalem Post" qəzetinin məlumatına görə, faciədən cəmi bir həftə əvvəl Dana Eden "Tehran"dakı işi haqqında fəal şəkildə yazıb və çəkiliş meydançasından fotolar paylaşıb.
"Tehran" "Kan 11" ictimai televiziya kanalı üçün çəkilən İsrail casus-triller televiziya serialıdır. Personajlar ingilis, fars və ivrit dillərində danışırlar.