AZ

Gəncədə fərdi yaşayış evində yanğın olub, tüstüdən zəhərlənənlər var

Gəncə şəhərində fərdi yaşayış evində yanğın baş verib.
“Unikal”ın məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən fərdi yaşayış evlərindən birində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb olunub və yanğın söndürülüb. Yanğın zamanı 2004-cü il təvəllüdlü G. Nəbiyeva və 1989-cu il təvəllüdlü N. Mövsümov tüstüdən zəhərləniblər. Zəhərlənən şəxslər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
33
50
unikal.az

10Mənbələr