AZ

Sumqayıtda ağacları günün günorta çağı yoxa çıxartdılar FOTO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sahibkarların ölkə təbiətinə qarşı vurduğu ziyanla bağlı dəfələrlə xəbər dərc etmişik. Bu dəfə isə analoji hal Sumqayıt şəhərində baş verib.

Avtosfer.az xəbər verir ki, şəhərin 10-cu mikrorayonu 28 nömrəli məktəbə gedən yolun yaxınlığında ağaclar kütləvi şəkildə kəsilib. Sakinlərin sözlərinə görə məhəllənin arasından keçən geniş yolun hər iki tərəfində bir müddət əvvələ qədər sıra ilə həmişəyaşıl ağaclar vardı. İllər keçdikcə ağaclar yoxa çıxmağa başladı. Qaynar xəttimizə şikayət edən mikrorayon sakini bildirir ki, 2-3 il əvvəl köhnə məşhur “Azuqə” marketdən 1 nömrəli poliklinikaya gələn köməkçi yolun məhz köhnə “Arzu” şadlıq evinin arxasına yaxın hissədə 1-20 ədəd çinar ağacları əkilmişdi.

Dünən artıq hamısı yoxa çıxmışdı. Ərazi məhəllələrarası olduğuna görə heç nədən çəkinmədən günün günorta çağı traktorla bütün ağacları məhv ediblər. Vətəndaşlar aidiyytəti qurumlardan qanunu pozanların cəzalanadırılmasını tələb edib.

Səfər

Oxunub 20

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
avtosfer.az

1Mənbələr