AZ

TEKNOFEST 2026 infosessiyası Bakı Dövlət Universitetində keçiriləcək

Bakı Dövlət Universitetində TEKNOFEST 2026 ilə bağlı infosessiya təşkil olunacaq.

QHT.az xəbər verir ki, tədbirdə Ahmet Köse TEKNOFEST Azərbaycan nümayəndəsi qismində çıxış edəcək. Görüş çərçivəsində festivalın məqsədi, müsabiqə kateqoriyaları, iştirak şərtləri və müraciət prosesi barədə ətraflı məlumat veriləcək, tələbələri maraqlandıran suallar cavablandırılacaq. Infosessiya 17 fevral 2026-cı il saat 15:00-da Bakı Dövlət Universitetində baş tutacaq.

Qeyd edək ki, TEKNOFEST dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir innovativ ideyaların, startap layihələrinin və gənclərin texnoloji potensialının inkişafına geniş imkanlar yaradır.

 

Seçilən
62
qht.az

1Mənbələr