ain.az, Modern.az portalına istinadən məlumat verir.
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Modern.az xəbər verir ki, hadisə rayonun Birinci Qazaxlar kəndində baş verib.
İlkin məlumata görə, "Qazel" markalı yük maşını kənd sakini 1972-ci il təvəllüdlü Sadıqov Elçin Balağlan oğlunu vurub.
Xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.