AZ

"Liverpul"dan 95 milyonluq rekord həmlə - ƏTRAFLI

"Liverpul" rəhbərliyi hücum xəttini gücləndirmək məqsədilə "Nyukasl"ın ulduzu Antoni Qordonu heyətinə qatmaq üçün rəsmi danışıqlara start verib.

Fanat.Az xəbər verir ki, hazırda Premyer Liqanın ən tələbatlı oyunçularından biri olan 24 yaşlı vinger üçün "mersisaydlılar" təxminən 95 milyon funt-sterlinq xərcləməyə hazır olduqlarını artıq bəyan ediblər.

Arne Slotun rəhbərlik etdiyi komanda futbolçunun sürəti və texniki bacarıqlarını öz oyun sisteminə tam uyğun hesab edir. Buna baxmayaraq Antoni Qordon üçün "Arsenal" və "Mançester Siti" kimi nəhənglərin də ciddi maraq göstərdiyi bildirilir. Lakin oyunçunun məhz Liverpulda doğulması və ailəsinin də bu klubun azarkeşi olması transfer yarışında "qırmızıları" bir addım öndə saxlayır.

Digər tərəfdən "Nyukasl" rəhbərliyi ulduz futbolçusunu asanlıqla buraxmaq niyyətində deyil və danışıqlarda maksimum məbləğ tələb etmək qərarındadır.

Kamil Xudiyev

Seçilən
1
1
fanat.az

2Mənbələr