AZ

ADPU-da magistrantların təcrübə dövrünə həsr olunmuş konfrans keçirilib

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 16-da Azərbaycan Dövlət Pedaqji Universitetində (ADPU) II tədris ili magistrantlarının elmi-tədqiqat, elmi-pedaqoji və istehsalat (idarəetmə) təcrübələrinin başlamasına həsr olunmuş konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Rektor Cəfər Cəfərov qeyd edib ki, magistrantların sayı son illərdə sürətlə artaraq 1012 nəfərə çatıb, növbəti il üçün isə 1100-dən çox proqnozlaşdırılır. Tələbələrin 42,4%-i (429 nəfər) məhz yeni idarəetmə və liderlik ixtisaslaşmaları, o cümlədən Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı üzrə təhsil alır. 2025–2026-cı tədris ilindən etibarən əmək bazarının müasir tələblərinə uyğun tamamilə yenilənmiş təhsil planları tətbiq edilir.

Prorektor Asəf Zamanovun bildirib, bu il 463 magistrant təcrübəyə cəlb olunur. Onlar elmi-tədqiqatla yanaşı, ən azı 5 sınaq dərsi keçməli və real idarəetmə mühitində praktik bacarıqlar qazanmalıdırlar.

Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqovun məlumatına əsasən, fevral-aprel aylarını əhatə edəcək təcrübələr ixtisasdan asılı olaraq 4 və ya 8 həftə davam edəcək. Proses fərdi tapşırıqlar və yekun hesabatlar əsasında qiymətləndiriləcək.

Seçilən
114
1
azertag.az

2Mənbələr