AZ

Azərbaycanın Ermənistana satdığı məhsulların dəyəri açıqlanıb

Bu ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403.57 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ölkə.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata əsasən, bu, ümumi ixracın 0.11 faizini təşkil edir.

Ermənistandan isə Azərbaycana məhsul ixrac olunmayıb.

Qeyd edək ki, ötən ayın 11-də 979 ton "Aİ-92" markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Bundan başqa, 9 yanvar 2026-cı il tarixində 1742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.

Seçilən
29
1
olke.az

2Mənbələr