AZ

Azərbaycan regionda sülh gündəliyinə töhvə verən dövlətdir



Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən “Açıq dəhliz siyasəti: Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrində və eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin “France 24” telekanalına müsahibəsində qeyd olunan məqamlardan biri də Ermənistanla fiziki əməkdaşlığın başlaması idi.
Azərbaycan regionda sülh gündəliyinə töhvə verən və əməkdaşlıq və inkişafı dəstəkləyən dövlətdir. Münxendə qeyd olunan əməkdaşlıq artıq rəsmi statistikada öz əksini tapır.
Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq rəsmi statistikada xarici ticarət əlaqəsində olduğumuz ölkələr sıyahısına Ermənistan da əlavə olunub. Bu müstəqillik tarixində bir ilkdir və iqtisadi əməkdaşlığın genişlənməsi üçün bazadır.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycan ilə Ermənistan arasındakı ticarət dövriyyəsi 788.8 min dollar olub. Bu Azərbaycandan Ermənistana benzin ixracatdır. Bu eyni zamanda o deməkdir ki, Azərbaycan Ermənistan ilə ticarətdə elə həmin məbləğdə müsbət saldoya malikdir. İnanırıq ki, bu müsbət saldo ticarət əlaqələri genişləndə də qorunub saxlanacaq.

Vüqar Bayramov
Seçilən
29
newscenter.az

1Mənbələr