ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Bir neçə ölkədəki istifadəçilər “X” problemlərindən şikayətlənirlər.
Yeniavaz.com “Downdetector”a istinadən xəbər verir ki, problemlər bildirən istifadəçilərin 53%-i tətbiqlərdə nasazlıqlarla qarşılaşıb. 17%-i veb saytın işindən şikayətlənir. 21%-i serverlərə qoşulmaqda çətinlik çəkir.
Qeyd edilib ki, ABŞ-də təxminən 41.000 istifadəçi xidmətdə problemlər olduğunu bildirib. Şikayətlərin sayının 11.000-i keçdiyi Böyük Britaniyada və 2000-dən çox istifadəçinin şəbəkə işindən şikayət etdiyi Yaponiyada da genişmiqyaslı kəsintilər qeydə alınır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.