ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Özbəkistanda yaşı 50-ni ötmüş avtomobillər üçün yeni seriya nömrələrin verilməsinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, fevralın 1-dən etibarən 1976-cı ilədək istehsal edilmiş avtomobillərin yollarda hərəkəti məhdudlaşdırılıb. Bununla yanaşı, avtomobil sahiblərinə müəyyən hüquqlar da verilib: ya avtomobilə yeni seriya nömrə almaq, ya da uçotdan çıxarıb utilizasiyaya vermək.
Avtomobilin istismarına davam etmək üçün onu orijinala uyğun vəziyyətə gətirmək, xarici görünüşünü saxlamaq tələb olunur. Texniki baxışdan uğurla keçən belə avtomobillərə ANT seriyalı (antikvariat) yeni nömrə nişanı verilir. Onların istismarına ciddi məhdudiyyət yoxdur.
Baxışdan keçməyən maşınların sahibləri isə ya onu utilizasiyaya verməli, ya da muzey eksponatı kimi evində saxlamalıdır. Bu halda avtomobilin ümumi təyinatlı yollara çıxmasına icazə verilmir.
Statistikaya görə Özbəkistanda yaşı 50-ni ötmüş nəqliyyat vasitələrinin sayı 87 mindən çoxdur. Onbların arasında əsas yeri VAZ-2101, VAZ-2103 və
QAZ-21 tutur. Daha ətraflı aşağıdakı linkdə:
https://avtosfer.az/az/avtoxeber/turkdilli-olke-antik-avtomobillerle-bagli-almaniya-sistemine-kecir-foto-317181
Vüqar
Oxunub 48
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.