Soyuq havanın təsiri ilə bədənin müdafiə sistemi zəifləyə bilər və nəticədə soyuqdəymə yaranır.
Pravda.az bildirir ki, ən çox rast gəlinən əlamətlər arasında burun axması və tıxanması, boğazda qaşıntı və ya ağrı, öskürək, baş ağrısı, halsızlıq və yüngül hərarət yer alır.
Bu hallarda bədənin kifayət qədər maye qəbul etməsi, istirahət və C vitamini ilə zəngin qidalar əlamətləri yüngülləşdirir və bərpa prosesini sürətləndirir. Bitki çayları, limon‑bal qarışıqları və isti şorbalar xüsusilə faydalıdır.
Həkimlər eyni zamanda xəbərdarlıq edirlər ki, əgər hərarət yüksəkdirsə, baş ağrısı güclüdür, nəfəs darlığı yaranır və ya simptomlar daha da pisləşirsə, mütləq həkimə müraciət olunmalıdır.
Əminə Bayramova
Tarix: 16 Fevral 2026, 18:13