AZ

“TÜRKİYƏ BU ÇEVRİLİŞİN QARŞISINI ALDI” Epşteynin nazirə məktubunda nə yazılıb? + VİDEO

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Amerikalı maliyyəçi Ceffri Epşteynin sənədləri arasında Türkiyə ilə bağlı maraqlı məqamlar yer alıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Epşteynin fayllarında onun 2017-ci ilin iyun ayında Küveytin keçmiş neft naziri Ənəs əl-Rəşidə göndərilən məktubu aşkar edilib.

O, həmin məktubda Türkiyənin Qətərdə hərbi çevriliş cəhdinin qarşısını aldığını iddia edərək yazıb: "Türklər Qətərdə olduğu müddətcə hərbi çevriliş artıq mümkün deyil".

Həmin il 9 iyulda Epşteyn adı açıqlanmayan qətərli iş adamına məktub göndərərib. Orada tövsiyə olunur ki, ABŞ Prezidenti Donald Trampla münasibətləri yaxşılaşdırmaq üçün Doha (Qətər paytaxtı-red.) “İbrahim Sazişləri”nə qoşulsun. Epşteynin sənədlərinə görə, 2017-ci ildə dörd Körfəz ölkəsi tərəfindən Dohaya qarşı tətbiq edilən blokada, Trampa güzəştə getməyən Qətəri ABŞ Prezidenti tərəfindən başladılan “İbrahim Sazişləri”nə qoşulmağa və Türkiyə ilə müttəfiqliyini kəsməyə məcbur etmək məqsədi daşıyırdı.

2017-ci ildə Türkiyənin "Gerçek Hayat" nəşri "Türkiyə Qətərdə çevrilişin qarşısını aldı" başlıqlı məqalə dərc etmişdi. Orada iddia olunurdu ki, Ankara Doha hadisələrində həlledici rol oynayıb.

5 iyun 2017-ci ildə Səudiyyə Ərəbistanı, BƏƏ və Misirin Qətərlə münasibətlərini kəsməsindən sonra başlayan diplomatik blokada əslində daha çox şeyə nail olmaq məqsədi daşıyırdı.

Jurnalın məlumatına görə, Səudiyyə Ərəbistanı və BƏƏ Qətər əmiri Şeyx Təmimi devirməyi və onun yerinə Londonda yaşayan ailənin bir üzvünü gətirməyi planlaşdırırdılar. Elə həmin gecə Ankaranın əmri ilə təxminən 200 türk xüsusi təyinatlı qüvvəsi əmirin sarayını nəzarətə götürüb. Bu sürətli müdaxilə sayəsində potensial saray çevrilişinin qarşısı alındı. 

Məqalədə qeyd olunur ki, "Türkiyənin hərbi və siyasi dəstəyi böhranın gedişatını müəyyən edən ən vacib amilə çevrildi".

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
azpolitika.info

1Mənbələr