Putin Moskvanın meri Sergey Sobyanini Hərbi-Sənaye Komissiyasının tərkibinə daxil edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putinin imzaladığı müvafiq fərmanla paytaxt Moskvanın meri Sergey Sobyanin Rusiya Federasiyasının Hərbi-Sənaye Komissiyasının tərkibinə daxil edilib.
Müvafiq sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Qeyd edək ki, Hərbi-Sənaye Komissiyası ölkənin hərbi-texniki siyasətinin formalaşdırılması, müdafiə sənayesi kompleksinin inkişafı və dövlət müdafiə sifarişlərinin icrasına nəzarət sahəsində mühüm səlahiyyətlərə malik dövlət orqanıdır.
Sergey Sobyaninin bu tərkibə daxil edilməsi paytaxtın hərbi-sənaye potensialının və idarəetmə resurslarının dövlət müdafiə məsələlərinə daha sıx cəlb olunması kimi qiymətləndirilir.
Xuraman Etibarlı
İnterpress.az