AZ

Ermənistan öz ərazisində dəmir yolunun idarəçiliyini Rusiyanın əlindən alır...



Ermənistan hakimiyyəti regionda kommunikasiyaların açılmasını nəzərdə tutan TRIPP layihəsi çərçivəsində ölkənin dəmir yolu infrastrukturunun konsessiya idarəçiliyini neytral üçüncü bir dövlətə dövr etməyə hazırdır. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

Nazir vurğulayıb ki, İrəvan bu məsələdə müstəsna olaraq öz milli maraqlarını rəhbər tutur: "Baş nazir Nikol Paşinyanın daha əvvəl irəli sürdüyü üçüncü ölkə mexanizmi həm Rusiya, həm də Qərb ilə balanslı münasibətləri olan tərəfdaşların prosesə cəlb edilməsini nəzərdə tutur. Dünyada elə ölkələr var ki, həm ABŞ, həm Ermənistan, həm də Rusiya ilə çox yaxşı əlaqələrə və bu layihəni maliyyələşdirmək üçün kifayət qədər vəsaitə malikdirlər. Bu təşəbbüs hər hansı ölkəyə, o cümlədən Rusiyaya qarşı yönəlməyib. Əgər Rusiya tərəfi bu investisiyaları təmin edə bilsə və yükdaşımaların Ermənistan üzərindən keçməsini səmərəli təşkil edərsə, bizim üçün heç bir problem yoxdur". G.Papoyan qeyd edib ki, Ermənistan üçün əsas prioritet yüklərin Azərbaycan və Türkiyə istiqamətində maneəsiz hərəkətini təmin etməkdir. Ermənistanın “Past” nəşri isə yazır ki, TRIPPçərçivəsində maraqlı qüvvələr var: “Onlar deyirlər gəlin elə edək ki, Mehriyə çatdıqdan sonra Naxçıvana daxil olmasın və Ermənistandan yan keçsin. Təbii ki, beynəlxalq tərəfdaşlarımız deyirlər: “Ermənistandan necə yan keçə bilər, Ermənistan bizim tərəfdaşımızdır”.

Orada Ermənistandan yan keçmək istəyənlər deyirlər ki, Ermənistanın dəmir yolu Rusiyanın idarəçiliyi altındadır. Biz hər şeyi edirik ki, izah edək: bəli, Rusiyanın idarəçiliyi altındadır, lakin Ermənistanın mülkiyyətidir, Rusiya heç bir şəkildə regional layihələrə mane olmaq istəmir və praktik olaraq da maneə yaratmayacaq. Mən bu barədə Rusiya Federasiyasının prezidenti ilə də danışmışam, bilirəm ki, o, bütün bu proqramları dəstəkləyir”, - deyə Paşinyan bildirib. Ermənistanın baş naziri qeyd edib: “Dəmir yolunun Rusiya tərəfindən idarə olunması səbəbindən biz strateji mövqelərimizin və rəqabət üstünlüyümüzün itirilməsi ilə üzləşirik. Mənim təsəvvür etdiyim həll yolu ondan ibarətdir ki, həm Rusiya, həm də Ermənistanla dost münasibətləri olan bir ölkə sadəcə olaraq konsessiya üzrə idarəetmə hüququnu Rusiyadan satın alsın”. Lakin Paşinyan “dost” ölkə deyərkən kimi nəzərdə tutduğunu açıqlamayıb. Paşinyanın bu açıqlaması Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçukun bəyanatından sonra səslənib. Overçuk demişdi ki, Rusiya və Ermənistan respublikada dəmir yolu sahələrinin bərpası ilə bağlı Türkiyə və Azərbaycanla danışıqlara başlayacaqlar. Onun sözlərinə görə, tərəflər iki dəmir yolu sahəsinin bərpasının texniki və maliyyə şərtlərini qiymətləndirəcək, sonradan həmin sahələri Azərbaycan və Türkiyə dəmir yollarına birləşdirmək məqsədilə. Paşinyan faktiki olaraq Rusiyanın dəmir yolunun təmiri ilə bağlı təklifini rədd edir, bu o deməkdir ki, xarici təsir vasitəsilə dəmir yolunun konsessiya üzrə idarəetməsini Rusiyanın əlindən almaq niyyətindədir. “Dost ölkə” ifadəsi isə sadəcə diqqəti yayındırmaq məqsədi daşıyır”.

Ramil QULİYEV

Seçilən
16
baki-xeber.com

1Mənbələr