AZ

Macarıstan nümayəndə heyəti ADNSU-da: yeni əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 16-da Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Tormanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, heyətin tərkibində Macarıstanın Pannoniya Universitetinin rektoru Yanoş Aboni və digər rəsmi şəxslər yer alıblar. ADNSU-nun rektoru Rüfət Əzizovla keçirilən görüşdə tələbə-müəllim mübadiləsi və ikili diplom proqramlarının yaradılması, birgə elmi layihələrin icrası və gənc tədqiqatçıların hazırlanması, texnologiya transferi sahəsində əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

Qonaqlar, həmçinin universitetin Tarix Muzeyi, Kibertəhlükəsizlik və UFAZ laboratoriyaları ilə tanış olaraq tədqiqat infrastrukturunu yüksək qiymətləndiriblər. Görüşün sonunda akademik əlaqələrin dərinləşdirilməsi və yeni ortaq layihələrin reallaşdırılması barədə razılıq əldə olunub.

Seçilən
85
1
azertag.az

2Mənbələr