AZ

Vüqar Qurbanovun yerinə namizəd kimi göstərilən şəxsinfarkt keçirdi


Xəbər verdiyimiz kimi, bu gün TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib. Hazırda səhiyyə camiəsində əsas müzakirə mövzusu onun yerinə kimin gətiriləcəyidir.

Kuluarlarda müxtəlif adlar hallansa da, əsas namizədlərdən biri kimi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi *Elçin Əmirovun adı çəkilir.

Bakupost.az-ın apardığı araşdırma zamanı maraqlı detallar üzə çıxıb. TƏBİB-ə yaxın mənbələr bildirir ki, ilkin mərhələdə Elçin Əmirovun bu posta gətirilmə şansı yüksək qiymətləndirilməyib. Bunun üçün ciddi əsasların olduğu qeyd olunur.

Mənbələrin sözlərinə görə, onun hazırda “vurulan komanda”ya yaxın fiqur kimi qəbul edilməsi də etimad məsələsini sual altına alır. Bununla yanaşı, əldə etdiyimiz məlumata əsasən, Elçin Əmirovun üç gün əvvəl infarkt keçirdiyi və hazırda səhhətinin stabil olmadığı bildirilir. Bu amilin də mümkün təyinata ciddi təsir göstərə biləcəyi istisna olunmur.

Qeyd olunur ki, proses təkcə bir rəhbərin vəzifədən getməsi ilə məhdudlaşmır. Kuluarlarda TƏBİB-də və ümumilikdə səhiyyə idarəçiliyində daha genişmiqyaslı dəyişikliklərin planlaşdırıldığı barədə məlumatlar dolaşır.



Vüqar
Seçilən
44
4
medicina.az

5Mənbələr