AZ

Bakıda tumu çırtlayıb yerə tökdülər, yaşlı qadına süpürtdülər - VİDEO

Bakıda küçəni zibilləyən Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları işdən çıxarılıb.

“Yeni Sabah”ın xəbərinə görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 2, bina 3 və 4-ün qarşısında baş verib.

Belə ki, 113 saylı Mənzil-Kommunal İstismar Sahəsinin yaşlı təmizlik işçisi küləkli havada ərazidə təmizlik işləri görüb. Onun işinə isə adıçəkilən qurumun iki gənc əməkdaşı nəzarət edib. Həmin şəxslər bir-biri ilə söhbət edə-edə günəbaxan tumu çırtlayaraq qabığını yerə töküblər. Sonra isə həmin zibillləri də yaşlı qadına süpürtdüblər.

Ərazidə yaşyan şəxslər bütün bu prosesi videoya çəkiblər. Həmin görüntülər sosial şəbəkələrdə geniş yayılıb.  

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, sözügedən şəxslər 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 113 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları Elbrus Bəkdəmirov və Vasif Ağayevdir. Onlar 4-5 ay əvvəl işə qəbul olunublarmış.

Hadisə ictimailəşəndən dərhal sonra Elbrus Bəkdəmirov və Vasif Ağayev işdən azad edilib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
62
1
yenisabah.az

2Mənbələr