“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 20-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.
Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticədir. Hər iki komanda qol epizodları yaratmaqda çətinlik çəkirdi. Təəssüf ki, əvəzetmələr də uğurlu alınmadı.
“Şamaxı”nın müdafiəsi yaxşı oynadı. İstənilən halda daha çox qol epizodu yaratmalı idik. Məşqlərdə çalışdıqlarımızı bu matçda həyata keçirə bilmədik. Təhlillər aparacağıq.
Yeni transferimiz Mark Rene Mampassi uzun müddətdir ki, məşq etməyib. Ümid edirik ki, bizə fayda verəcək”.
