AZ

Ronaldu 30 və 41 yaşda - FOTO

Son on il ərzində onun bədənində demək olar ki, ciddi dəyişiklik müşahidə olunmur.

Milli.Az xəbər verir ki, fiziki forması və əzələ quruluşu illərə meydan oxuyur.

WHOOP tərəfindən aparılan testlərin nəticələrinə görə, Kristiano Ronaldu fizioloji baxımdan real yaşından 12 il daha gəncdir.

Məşhur futbolçu özü isə nəticəyə belə reaksiya verib:

"Bədən yaşımın 28.9 olduğunu eşidəndə inanmadım. Bu o deməkdir ki, daha 10 il futbol oynaya bilərəm!".

Qeyd edək ki, 41 yaşı olmasına baxmayaraq, Ronaldu həm sürəti, həm də fiziki gücü ilə gənc oyunçulara nümunə olmağa davam edir. Onun ciddi məşq rejimi, düzgün qidalanma proqramı və intizamlı həyat tərzi uzunömürlü karyerasının əsas sirri hesab olunur.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
53
1
milli.az

10Mənbələr