AZ

Sərhəd delimitasiyası komissiyalarının növbəti iclası Ermənistanda keçiriləcək Ekspert

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sərhəd delimitasiyası komissiyalarının yeni iclası tezliklə Ermənistanda keçiriləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan Şurasının analitik mərkəzinin nümayəndəsi və Azərbaycanlı ekspertlərlə dəyirmi masa müzakirəsinin iştirakçısı Narek Minasyan müzakirələrdən sonra jurnalistlərə bildirib.

13-14 fevral tarixlərində Ermənistanda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Ermənistan və Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən ikitərəfli dəyirmi masa keçirilib. Minasyanın qeyd etdiyi kimi, dəyirmi masada mübahisəli ərazilər məsələsi qaldırılıb.

"Hər iki tərəf başa düşür ki, məsələ iki ölkə arasında sərhəd delimitasiyası prosesi zamanı həll olunmalıdır. Əvvəlki iclasın Azərbaycanda keçirildiyini nəzərə alsaq, növbəti iclas çox güman ki, Ermənistanda keçiriləcək", - deyə o bildirib.

Xatırladaq ki, 28 noyabr 2025-ci ildə Qəbələdə Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mxer Qriqoryan və Şahin Mustafayevin sədrliyi ilə sərhəd delimitasiyası komissiyalarının 12-ci iclası keçirilib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
bizimyol.info

1Mənbələr