AZ

Mançester Siti Bernardo Silvanın əvəzləyicisini tapıb

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mançester Siti" "Nottingem Forest"in yarımmüdafiəçisi Morqan Gibbs-Uaytı transfer etməyi düşünür.

BAKU.WS "Football Insider"ə istinadən xəbər verir ki, "Şəhərlilər" 26 yaşlı ingilisi yayda klubdan ayrıla biləcək Bernardo Silvanın potensial əvəzedicisi kimi görür.

Mənbəyə görə, müqavilənin dəyəri 70 milyon avro ola bilər.

Gibbs-Uayt bu mövsüm bütün turnirlərdə 35 oyunda meydana çıxıb, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib. Morqan əvvəllər "Vulverhempton Uonderers", "Şeffild Yunayted" və "Suonsi Siti"də oynayıb. "Transfermarkt" onun bazar dəyərini 65 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Bernardo Silva Türkiyə təmsilçisi "Qalatasaray"ın da hədəfindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
84
2
baku.ws

3Mənbələr