AZ

“Çelsi” “Liverpul”a rəqib oldu

Premyer Liqanın iki nəhəng klubu “Çelsi” və “Liverpul” transfer bazarında rəqib olublar.

Msport.az xəbər verir ki, hər iki klub “Nottingem Forest”in müdafiəçisi Murilyonu heyətinə qatmağı hədəfləyir.

Futbolçunun nümayəndələri artıq potensial təklifləri dəyərləndirməyə başlayıblar. “Zadəganlar””ın yay transfer pəncərəsində 3 müdafiəçi ilə yolları ayırmağa hazırlaşdığı üçün bu keçiddə daha israrlı olduğu bildirilir.

“Mersisaydlılar” isə İbrahima Konate və Co Qomesin komandadakı gələcəyinin qeyri-müəyyən olması səbəbindən braziliyalını hədəf seçib.

Qeyd edək ki, Murilyo cari mövsüm bütün turnirlərdə 25 matça çıxıb və 1 qolla yadda qalıb. Onun hazırkı klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Seçilən
83
msport.az

1Mənbələr