AZ

Rubio hansı xarici vətəndaşların ABŞ vizasının ləğv olunacağını açıqlayıb

Bakı. Trend:

Dövlət Departamenti istənilən xarici və daxili tənqidlərəbaxmayaraq bu və ya digər səbəbdən təhdid kimi qiymətləndirilənəcnəbilərin vizalarını kütləvi şəkildə ləğv etməyə davamedəcək.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi MarkoRubio bildirib.

“Mənim Dövlət Departamentində vəzifəm ondan ibarətdir ki, əgərbiz hesab ediriksə, hər hansı bir qonaq bizim xarici siyasətimizə,milli təhlükəsizliyimizə təhdid yaradır, həmin şəxsin vizasını ləğvedəcəyik. Və bunu etməyə davam edəcəyik.

Vizaya heç bir konstitusion hüquq yoxdur – bu, ölkəmizə səfərüçün verilən icazədir, tələbə, turist, jurnalist və ya hər kimolmağınızdan asılı olmayaraq – əgər siz maraqlarımıza zidd addımlaratırsınızsa, vizanızı geri alacağıq”, – deyə Rubio əlavə edib.

Dövlət katibi vurğulayıb ki, 2025-ci il ərzində onun rəhbərliketdiyi qurum tərəfindən milli təhlükəsizlik əsasları ilə çoxlusayda viza ləğv edilib. O həmçinin qeyd edib ki, ayrı-ayrı hallardaABŞ məhkəmələrinin qurumun viza qərarlarına qadağa qoymasınabaxmayaraq, Dövlət Departamenti bu siyasəti davam etdirəcək.

Məqalədə:
Seçilən
25
az.trend.az

1Mənbələr