AZ

Cəlilabadda 1 nəfərin bıçaqlanaraq öldürülməsi ilə bağlı cinayət işi başlanıb, saxlanılan var

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 16-da Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəlilabad Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, ilkin araşdırmalarla 2002-ci il təvəllüdlü İbrahim Babayevin bıçaqla xəsarət yetirərək Azər Baxşiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Seçilən
89
3
azertag.az

7Mənbələr