AZ

Tedeskonun bu görüntüləri gündəm oldu -

"Fənərbaxça"nın baş məşqçi Domeniko Tedeskonun səfərdə "Trabzonspor" üzərində əldə edilən 3-2 hesablı qələbədən sonra soyunma otağında etdiyi çıxışın videosu yayımlanıb. Metbuat.az xəbər verir ki, klubun sosial media hesabında edilən paylaşımda "Fənərbaxça" oyunçularının sevinci və Tedeskonun motivasiyaedici çıxışı diqqət çəkib. Qələbədən sonra oyunçulara müraciət edən Domeniko Tedesko, “Burada oynamaq asan deyil. İlk cəhdlə 0-1 geridə qalmaq asan deyil. Biz həqiqətən əla komandayıq. Sakit qaldıq, emosional nəzarəti qoruduq. Meydanda yenidən cəhd edin, yenidən cəhd edin, yenidən cəhd edin... İrəli, cənablar!”, - deyə bildirib.


Seçilən
104
metbuat.az

1Mənbələr