AZ

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunub və onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilib. Manset.az Anar İsrafilovla əlaqə saxlayıb. O, yeni təyinatı ilə bağlı qısa açıqlama verib:

 

"Hələki yeni təyin olunmuşam.  Yəqin ki, TƏBİB-də kadr dəyişiklikləri və yeniliklər olacaq. Hələki bu barədə nəsə deyə bilmirəm".

 

Qeyd edək ki, Anar israfilov 2006-2022-ci illər ərzində Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2022-ci ildən TƏBİB-in icraçı direktorunun müavini vəzifəsində çalışır.

Tarix: 16 Fevral 2026, 16:51   
Seçilən
101
8
pravda.az

10Mənbələr