AZ

Şəhər daxilində zolaqların eni AZALDILACAQ?

Bəs bu risklərin qarşısı necə alına bilər?  Məsələ ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Ajans.az-a açıqlama verib. O bildirib ki, bu zolaqlar üzrə hərəkət edən sürücülər bir sıra problemlər yaşayır.  Birincisi sürücülük təcrübəsindən çox şey asılıdır. Lakin bütün sürücülərə aid edilmir.  Nə qədər peşəkar sürücü olsa da , belə o da qaydalara riayət etmədən zolağın ortasında hərəkət edir.  Ekspert açıqlayıb ki, paytaxtdakı ümumi vəziyyət bir çox sürücüyə  bunu məcbur edir. Məsələ ondan ibarətdir ki, bəzi yollarda  zolaqların  eninin çox olması buna şərait yaradır.  Magistral yollarda sıxlığın olması avtomobillərə hərəkət etməyə icazə vermir. Bu hallarda isə, bəzi avtomobillər onlar üçün ayrılmayan zolaqlardan istifadə etməyə məcbur qalırlar. Təbii ki, bu doğru deyil. Ancaq paytaxt ərazisində belə hallara çox rast gəlinir.  Bakı şəhərinin  bir sıra ərazilərində  zolaqların eni  4-5 metrə qədər olur. Ancaq bu standart ölçü deyildi.  Sonradan məsafə 3-3.20 metrə qədər endirildi.  Yasin Mustafayev söyləyib ki, məsafə azaldıqdan sonra bəzi sürücülər  narazılıqlarını ifadə ediblər. Nəzərə almaq lazımdır ki, bunun müsbət tərəfi də var imiş. Paytaxtda həddən artıq avtomobil sayının olması yollarda tıxacı daha da artırır. Zolaqlar iri məsafəli çəkilsə də , istər-istəməz boşluq görən kimi sürücülər fürsətdən yararlanmağa çalışırlar. 

Bakıda ərazisindəki magistral yollarda zolaqların eni 3.75-3.50 arasıdır. Amma şəhər daxilində bunu 3 metrəyə qədər endirilə bilər.

Seçilən
108
Ajans.az

1Mənbələr