AZ

Dünyaca məşhur rejissor oteldə ölü tapıldı FOTO

ain.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin tanınmış televiziya istehsalçılarından beynəlxalq miqyasda məşhur "Tehran" serialı ilə Emmy mükafatı qazanan Dana Eden Yunanıstanın paytaxtı Afinada bir oteldə ölü tapılıb.

Sitat.info  xarici mediaya istinadən xəbər verir ki, yunan polisi hadisə ilə bağlı araşdırma aparır və cinayət ehtimalı üzərində durulub.

Yunan mətbuatı isə Edenin, serial çəkilişləri üçün olduğu Afinadakı oteldə 52 yaşında həyatını itirdiyini, boynunda və əllərində şübhəli mavi ləkələrin aşkar edildiyini iddia edib.

Rəsmi orqanlar ölüm səbəbinin müəyyən edilməsi üçün autopsiya aparılmasına qərar verildiyini bildirib./Manset.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
2
sitat.info

3Mənbələr