AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma sabah İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21.45-də başlayacaq.
Görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Denni Makkeli olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta