AZ

Moskvanın adamı Paşinyanın yerinə keçə bilməyəcək

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Erməni əsilli rusiyalı biznesmen, Güclü Ermənistan Partiyasının rəhbəri Samvel Karapetyan baş nazir ola bilməz”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim Mülki Müqavilə fraksiyasının üzvü Arusyak Manavazyan deyib.

O, hazırkı Ermənistan Konstitusiyasına əsasən Karapetyanın seçkilərə qatıla və baş nazir ola bilməyəcəyini söyləyib.

Qeyd edək ki, fevralın 12-də Rusiyanın “Taşir” şirkətlər qrupunun sahibi, iş adamı Samvel Karapetyan Güclü Ermənistan Partiyası tərəfindən baş nazir vəzifəsinə namizəd göstərilib. O, qələbə qazanacağı təqdirdə, Konstitusiyanın müvafiq maddəsinə ikili vətəndaşlığı olan şəxslərin icra hakimiyyətinə rəhbərlik etməsinə imkan verən dəyişikliklərin ediləcəyi açıqlayıb.

Xatırladaq ki, S.Karapetyanın Moskvanın Ermənistanın Baş naziri Nikol Paşinyanı hakimiyyətdən salmaq üçün göndərdiyi adamı olduğu deyilir.

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
globalinfo.az

1Mənbələr