"Kəpəz"in sabiq kapitanı Yeqor Xvalkonun yeri iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, belaruslu müdafiəçi Qazaxıstanda qalacaq.
29 yaşlı futbolçu "Atırau"ya keçib. Yeqor yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Məlumatı Premyer Liqa təmsilçisinin mətbuat xidməti yayıb.
"Kəpəz"dəki karyerası 2022-2023-cü illər mövsümündən başlayan Xvalko Gəncə təmsilçisinin heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub. Yeqor son iki mövsümdə "Kəpəz"in kapitanlarından olub. Sözügedən oyunçu "sarı-göylər"dən ayrıldıqdan sonra "Tobol"la (Qazaxıstan) əməkdaşlığa başlamışdı.