AZ

Məscidə təhdid ZƏNGİ

Fransanın Strasburq şəhərindəki Əyyub Sultan məscidinə gələn təhdid zənglərindən sonra hadisə ilə bağlı istintaq başlayıb.

“Cebheinfo.az" xəbər verir ki, Əyyub Sultan məscidi rəsmilərinin açıqlamasında yanvar və fevral aylarında müəyyən fasilələrlə məscidə qarşı təhdidlərin edildiyi ifadə olunub. 

Məscidə qarşı yönələn təhdidlərin siyasətçilərin irqçi çıxışlarından qaynaqlandığı qeyd edilən bəyanatda sosial media platformalarında da müsəlmanlara qarşı təhdidlərin artmasına diqqət çəkilib: 

"Bizlər Avropa cəmiyyətinin mühüm bir parçasıyıq. İrq və inanc ayrı-seçkiliyi qoymadan birlik və bərabərlik şüuru ilə fəaliyyətlərimizi fasilə vermədən davam etdirəcəyik", – ifadələri işlədilib. Bundan əlavə, açıqlamada məscidə qarşı edilən təhdid zəngləri ilə bağlı rəsmi istintaqın açıldığı bildirilib. 

Seçilən
76
1
cebheinfo.az

2Mənbələr