AZ

"Barselona" üçün şad xəbər

style='margin-bottom:10px;'>

"Barselona"nın cinah oyunçusu Rafinya zədəsini sağaldıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu İspaniya La Liqasının 24-cü turunda "Jirona" ilə oyunda meydana çıxa biləcək. Matç Mərkəzi Avropa vaxtı ilə bu gün saat 21:00-da, Bakı vaxtı ilə 17 fevral saat 00:00-da başlayacaq.

29 yaşlı oyunçu zədə səbəbindən komandasının son 3 qarşılaşmasını buraxıb. Bu mövsüm o, 22 oyun keçirib, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.

Seçilən
66
1
teleqraf.com

2Mənbələr