AZ

Zelenski azərbaycanlının şirkətindən danışıb, onlara qəzəbləndi: Rədd olun evə!

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Rədd olun Rusiyaya, evə qayıdın!”

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Avropadakı ruslara müraciətində deyib.

O, ABŞ Prezidenti Donald Trampa “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı qəti sanksiyalara görə təşəkkür edib. Bununla yanaşı, o, Rusiyanın energetika sektoruna, o cümlədən nüvə enerjisinə qarşı daha sərt və tam blokada tədbirlərinin görülməsinə çağırıb.

“Lukoil” və “Rosneft”ə qarşı tətbiq olunan sanksiyaları yüksək qiymətləndirən Ukrayna lideri bildirib ki, Moskvanın enerji gəlirləri tamamilə məhdudlaşdırılmalıdır.

Zelenski ABŞ və Avropada yaşayan ruslara müraciət edərək sərt ifadələr işlədib:

“ABŞ-da heç kimə hörmət etmirsiniz. Qaydalara hörmət etmirsiniz. Demokratiyaya hörmət etmirsiniz. Ukraynaya və ya Avropaya hörmət etmirsiniz. Evə qayıdın”.

Ukrayna Prezidenti bu çağırışı ilə Rusiyaya qarşı beynəlxalq təzyiqlərin daha da artırılmasının vacibliyini vurğulayıb.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
globalinfo.az

1Mənbələr